
Qadınlardan ibarət 3x3 basketbol üzrə Azərbaycan millisi Avropa Kuboku–2025 təsnifat mərhələsinin qrup oyununda Kosovo yığmasına 22:10 hesabı ilə qalib gəlib.
Yeniavaz.com xəbər verir ki, bu nəticə yığmamıza yarımfinal mərhələsinə vəsiqə qazandırıb və komandamız burada Malta ilə qarşılaşacaq.