Cüdo üzrə yığmamız Almaniyanın paytaxtı Berlində keçiriləcək gənclər arasında Avropa kubokunda çıxış edəcək.
"Football-plus.az" xəbər verir ki, komandamızın heyətində 17 idmançı yer alıb.
Siyahıda yeniyetmələr arasında ikiqat dünya çempionu Nihad Məmişov (60 kq), gənclər arasında Avropa çempionatının qalibləri Nizami İmranov (66 kq) və Süleyman Şükürov (81 kq), həmçinin yeniyetmələr arasında dünya çempionu Cəsur İbadlı (81 kq) da var.
Berlində 37 ölkənin idmançıları çıxış edəcək. İyunun 21-22-də keçiriləcək turnir gənclər arasında Avropa və dünya çempionatı üçün heyətin müəyyənləşdirilməsindən əvvəl son sınaq olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta