Sovet dövründən sonra Azərbaycanda avtomobil bazarında ilk illərdə ən böyük paya sahib olan nəqliyyat vasitələri Rusiya istehsalı avtomobillər idi. Xüsusilə “VAZ”, “LADA”, “Niva”, “Volqa” və “Moskviç” modelləri ölkədə həm şəhər, həm də kənd əhalisi arasında geniş istifadə olunurdu. Bu avtomobillər sadə quruluşu, münasib qiyməti və texniki baxımdan əlçatanlığı ilə seçilirdi. Lakin texnologiyanın inkişafı və beynəlxalq bazarların Azərbaycana açılması bu mənzərəni dəyişməyə başladı.
Tarixə nəzər salsaq görərik ki, 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində “LADA 2107”, “LADA Niva”, “Moskviç 412” və “Volqa” modelləri nəinki şəxsi avtomobil kimi, eyni zamanda taksi və təsərrüfat işlərində də geniş istifadə olunurdu. Bu avtomobillərin sadə texniki quruluşu və ucuz ehtiyat hissələri onları əhali arasında əlverişli edirdi. Xüsusilə “LADA 2107” (xalq arasında “Jiquli” kimi tanınır) şəhərlərdə və rayon mərkəzlərində dəbdə sayılırdı. Lakin son 10-15 ildə Rusiya avtomobillərinə olan maraq hiss olunacaq dərəcədə azalıb.
Bu azalma bir neçə əsas səbəblə izah olunur:
Rusiya istehsalı avtomobillər müasir təhlükəsizlik və komfort sistemlərindən geri qalır. ABS, hava yastığı, elektronik sabitlik sistemləri və digər funksiyalar bu maşınlarda ya yoxdur, ya da keyfiyyətsizdir.
Ehtiyat hissələrinin keyfiyyətsizliyi – İkinci əl bazarda ehtiyat hissələrinin tapılması getdikcə çətinləşib. Üstəlik, mövcud hissələrin əksəriyyəti keyfiyyətsiz Çin istehsalı surətlərdir.
Yeni avtomobil seçimlərinin artması – Koreya, Yaponiya və Avropa avtomobillərinin Azərbaycanda geniş yayılması və əlçatan kreditlərlə təklif olunması əhalini daha keyfiyyətli alternativlərə yönəldib.
İctimai imic – Rusiya avtomobilləri artıq “köhnəlmiş” avtomobil imici ilə assosiasiya olunur. Bu da yeni alıcıların marağını azaldır.
2025-ci ilin statistik və bazar müşahidələrinə görə, Azərbaycanda Rusiya istehsalı avtomobillərə tələbat əsasən aşağı gəlirli bölgələrdə və kənd yerlərində qalır. Xüsusilə “Niva” modeli yolsuzluq şəraitində hələ də faydalı sayılır və müəyyən dərəcədə alıcısını tapır. Amma ümumi satışlarda payı əhəmiyyətli dərəcədə azalıb. 2022-ci ildə “LADA” avtomobillərinin satışında 59%-dən çox azalma qeydə alınıb.
Bazara nəzər saldıqda Azərbaycanda Rusiya istehsalı olan avtomobillərin qiymətləri 2025-ci ildə müxtəlif modellər və təchizat səviyyələrinə görə dəyişir.
Aşağıda ən populyar modellərin qiymət aralıqları və xüsusiyyətləri təqdim olunur:
LADA Niva Travel 2025 18,000 – 21,000 AZN
LADA Granta 2025 17,500 – 19,000 AZN