Rusiya və Ukrayna iyunun 2-də İstanbulda keçirilən danışıqlarda razılaşdırılmış əsir mübadiləsinin birinci mərhələsini həyata keçirib. Tərəflər yaşı 25-dən az olan əsir əsgərləri geri qaytarıb. Geri qayıdan əsgərlərin sayı açıqlanmır.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, əsirlikdən qayıdan əsgərlər hazırda Belarusdadır və onlara tibbi və psixoloji yardım göstərilir. Daha sonra Müdafiə Nazirliyinin tabeliyində olan səhiyyə müəssisələrində reabilitasiya prosesinə başlanılacaq.
Ukrayna prezidenti Vladimir Zelenski sosial mediada mübadilənin birinci mərhələsinin başa çatdığını elan edib və bütün prosesin bir neçə gün çəkəcəyini bildirib. Zelenski vurğulayıb ki, mübadilə prosesi bir çox həssas detalları ehtiva edir və buna görə də çox mürəkkəb prosesdir.
Xatırladaq ki, İstanbulda keçirilən son danışıqlarda tərəflər ağır yaralı və xəstə məhbusların, həmçinin yaşı 25-dən az olan əsgərlərin mübadiləsi barədə razılığa gəliblər.
TAHİR