İyunun 10-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın regionlarına pilotsuz təyyarə hücumu həyata keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Növbətçi Hava Hücumundan Müdafiə sistemləri 76 Ukrayna pilotsuz təyyarəsini vurub.
İdarənin məlumatına görə, vurulan PUA-lar Bryansk, Belqorod, Oryol və Kaluqa vilayətləri və Krım üzərində qeydə alınıb.