AZ

Rusiyanın beş hava limanında məhdudiyyətlər aradan qaldırıldı

Rusiyanın beş hava limanında tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə "Rosaviasiya" şirkətindən məlumat yayıb.
Məlumata görə, Sankt-Peterburqun Pulkovo hava limanında, eləcə də İjevsk, Kazan, Kirov və Nijnekamsk hava limanlarında müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.

10:28
Rusiyada İjevsk və Kirov şəhərlərinin hava limanları fəaliyyətini dayandırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Rosaviasiya" şirkətindən məlumat verilib.
"Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün İjevsk və Kirov hava limanlarında uçuşların qəbulu və çıxışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - deyə məlumatda bildirilib.

Agentlik, həmçinin Saratov hava limanında işlərin bərpa olunduğunu qeyd edib.

Qeyd edək ki, İjevsk və Kirov hava limanları ilə yanaşı, Sankt-Peterburqun Pulkovo, Nijnekamsk və Kazan hava limanlarında məhdudiyyətlər qüvvədədir.
Seçilən
124
48
sherg.az

10Mənbələr