ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Rusiyanın beş hava limanında tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.
Avtosfer.az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə "Rosaviasiya" şirkətindən məlumat yayıb.
Məlumata görə, Sankt-Peterburqun Pulkovo hava limanında, eləcə də İjevsk, Kazan, Kirov və Nijnekamsk hava limanlarında müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.
***11:48
Rusiyada İjevsk və Kirov şəhərlərinin hava limanları fəaliyyətini dayandırıb.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə "Rosaviasiya" şirkətindən məlumat verilib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
"Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün İjevsk və Kirov hava limanlarında uçuşların qəbulu və çıxışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - deyə məlumatda bildirilib.
Agentlik, həmçinin Saratov hava limanında işlərin bərpa olunduğunu qeyd edib.
Qeyd edək ki, İjevsk və Kirov hava limanları ilə yanaşı, Sankt-Peterburqun Pulkovo, Nijnekamsk və Kazan hava limanlarında məhdudiyyətlər qüvvədədir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.