AZ

Azərbaycanda uşaqların sayı sürətlə azalır RƏQƏMLƏR

ain.az, Olke.az portalına istinadən məlumat verir.

Əhalimizin sayının artması ilə bərabər onun "qocalması" baş verir. Bu tendensiya dünyada müşahidə edilir və hökumətlərin başağrısına çevrilməkdədir. Artıq Azərbaycan da neçə illərdir analoji problemlə üzləşib. 

Ölkə.Az xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev deyib. O bildirib ki, əhalinin yaş qrupunda gənclərin, xüsusən də uşaqların payı əhəmiyyətli dərəcədə azalır və bu, artıq tendensiya halını alıb:

“Təsəvvür edin 1990-cı ildə 0-17 yaşlı uşaqlar ölkə əhalisinin 38,5%-ni təşkil edirdisə, 2023-cü ildə bu göstərici 25,9%-ə düşüb. Yəni əvvəl hər 3 nəfərdən biri uşaq idisə, indi hər 4 nəfərdən biridir. Məsələ burasındadır ki, azalma təkcə xüsusi çəkidə baş vermir, həm də sayda müşahidə edilir. 1990-cı ildə bu yaş qrupu üzrə uşaqların sayı 2 milyon 781,3 min nəfər olduğu halda 2023-cü ilə qədər olan dövrdə 5.3% azalaraq 2 milyon 633 min nəfərə düşüb. Azalma daha çox qız uşaqları hesabına baş verib. Oğlan uşaqları 1,8%, qız uşaqları isə 9% azalıb”.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

İqtisadçının sözlərinə görə, bunun səbəbi ümumi nəsilvermə (fertillik) əmsalının aşağı düşməsidir:

“1990-cı ildə  bu əmsal 2,8 olduğu halda hazırda 1,6-ya düşüb. Halbuki ötən əsrin 60-cı illərində bu göstərici 5,2-5,5 civarında dəyib.  

Ümumi nəsilvermə (fertillik) əmsalı reproduktiv dövr ərzində 15-49 yaşda bir qadının orta hesabla neçə uşaq doğa bildiyini göstərir”.

Billurə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
50
6
olke.az

8Mənbələr