Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, qəza şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan iki “VAZ” markalı minik avtomobili toqquşub.
Nəticədə sürücülərdən biri – 1997-ci il təvəllüdlü O.Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.