AZ

Gəncədə yol qəzası oldu, YARALANAN VAR

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.az xəbər verir ki, qəza şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan iki “VAZ” markalı minik avtomobili toqquşub.

Nəticədə sürücülərdən biri – 1997-ci il təvəllüdlü O.Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
14
5
hurriyyet.az

6Mənbələr