AZ

Təhlükə sovuşana qədər Los-Ancelesdə qalacaqlar 

ABŞ Prezidenti Donald Tramp hərbçilərin Los-Ancelesdə olması ilə vəziyyətin daha çox nəzarətdən çıxacağından narahat olmadığını deyib.

 

Modern.az-ın məlumatına görə, o, jurnalistlərə açıqlamasında Milli Qvardiya qoşunlarının Los-Ancelesdə təhlükə tamamilə sovuşana qədər qalacağını açıqlayıb. Tramp ən fövqəladə addım olan Üsyan Aktına müraciət edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.

 

"Əgər üsyan olarsa, mən buna mütləq müraciət edərəm. Baxacağıq. Ancaq sizə deyə bilərəm ki, dünən gecə dəhşətli idi və ondan əvvəlki gecə daha dəhşətli olub", - deyə Tramp bildirib.

Seçilən
69
4
modern.az

5Mənbələr