AZ

Tramp: Milli Qvardiya Los-Ancelesdə qalacaq

ABŞ Prezidenti Donald Tramp hərbçilərin Los-Ancelesdə olması ilə vəziyyətin daha çox nəzarətdən çıxacağından narahat olmadığını deyib.

Axar.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında Milli Qvardiya qoşunlarının Los-Ancelesdə təhlükə tamamilə sovuşana qədər qalacağını açıqlayıb.

Tramp ən fövqəladə addım olan Üsyan Aktına müraciət edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.

"Əgər üsyan olarsa, mən buna mütləq müraciət edərəm. Baxacağıq. Ancaq sizə deyə bilərəm ki, dünən gecə dəhşətli idi və ondan əvvəlki gecə daha dəhşətli olub", - Tramp bildirib.

Seçilən
61
4
axar.az

5Mənbələr