AZ

Los-Ancelsdə komendant saatı

Los-Anceles meri Karen Bass davam edən etirazlar və iğtişaşlar səbəbindən şəhərin mərkəzində komendant saatı elan edib.

“Yeni Sabah” xəbər verir ki, mer qərarını mətbuat konfransında açıqlayıb: "Vandalizmi və talanları dayandırmaq üçün Los-Anceles şəhərinin mərkəzində komendant saatı tətbiq edirəm. Əgər Los-Ancelesin mərkəzində yaşamır və ya işləmirsinizsə, ərazidən uzaqlaşın. Hüquq-mühafizə orqanları komendant saatını pozanları həbs edəcək".

Mer qeyd edib ki, məhdudiyyətlər yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 07:00) qüvvəyə minəcək və səhər saat 06:00-a qədər (Bakı vaxtı ilə 17:00) qüvvədə qalacaq.


Telegram kanalımız
Seçilən
45
1
yenisabah.az

10Mənbələr