AZ

Los-Ancelesdə komendant saatı tətbiq edilib

10:03 11.06.2025
10:03 11.06.2025

Davam edən etirazlar səbəbindən Los-Ancelesin bəzi bölgələrində komendant saatı tətbiq edilib.

Mynews.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə Los-Ancelesin meri Karen Bass "X"da məlumat yayıb.  

"Mən Los-Ancelesin mərkəzində bu axşam saat 20:00-dan başlayaraq komendant saatı elan etmişəm. Əgər Los-Ancelesin mərkəzində yaşamır və ya işləmirsinizsə, lütfən, ərazidən uzaqlaşın. Hüquq-mühafizə orqanları komendant saatını pozan hər kəsi həbs edəcək", - məlumatda qeyd olunub 

İyunun əvvəlində Los-Anceles şəhərinin mərkəzində qeyri-qanuni immiqrantları hədəf alan ICE reydi etirazçılarla zorakılığa çevrilib. Ağ Ev rəsmiləri şəhərin etirazlarını "qanunlara qarşı üsyan” adlandırıblar. Kaliforniya Milli Qvardiyası tezliklə Los Ancelesə gəlib.  

Etirazlar iyunun 6- da başlayıb və bu günə kimi sönməyib, etirazlar hər gün daha da aqressivləşir.


Seçilən
44
1
mynews.az

10Mənbələr