AZ

Si Cinpin Qazaxıstana səfər edəcək

Çin sədri Si Cinpin 16-17 iyun tarixlərində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Astanaya səfər edəcək.Metbuat.az xəbər verir ki, bu barədə “Akorda”nın mətbuat xidməti məlumat yayıb. “Səfər zamanı ali səviyyədə ikitərəfli görüş keçirilməsi planlaşdırılır ki, burada Qazaxıstan – Çin hərtərəfli strateji tərəfdaşlığının daha da dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.

Astanada iyunun 17-də region dövlət başçılarının iştirakı ilə ikinci “Mərkəzi Asiya – Çin” sammiti keçiriləcək”, – məlumatda deyilir.

Seçilən
17
5
metbuat.az

6Mənbələr