Çin lideri Si Szinpin Qazaxıstana səfər edib.
Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Məlumata görə, Szinpini Astana hava limanında Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev qarşılayıb.
Səfər zamanı Qazaxıstan-Çin hərtərəfli strateji tərəfdaşlığının daha da dərinləşdirilməsi məsələlərini müzakirə etmək üçün ikitərəfli yüksək səviyyəli görüşün keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, iyunun 17-də Astanada region dövlət başçılarının iştirakı ilə ikinci Mərkəzi Asiya-Çin sammiti keçiriləcək.