Xarkovun Slobidski və Osnovyanski rayonlarına edilmiş kütləvi hücum nəticəsində yaralananların sayı 54-ə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, yenilənmiş məlumatları Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti (FHDX) təqdim edib.
Məlumata görə, yaralılar arasında səkkiz uşaq var, iki nəfər ölüb.
Şəhərin meri İqor Terexov bildirib ki, ümumilikdə hücumda 17 “Şahid” tipli kamikadze pilotsuz uçuş aparatı istifadə edilib, onun sözlərinə görə, zərbələr çoxmərtəbəli və fərdi yaşayış evlərinə, uşaq meydançalarına, ictimai nəqliyyata və sənaye obyektlərinə dəyib.
Zərbələr nəticəsində yaşayış mənzillərində yanğınlar baş verib, binaların damları dağılıb, avtomobillər yanıb, partlayış dalğası pəncərələri sındırıb.