AZ

Rusiyadan Xarkova dron hücumu - yaralananların sayı 54-ə çatıb


Bu gecə Rusiyanın Ukraynaya qarşı növbəti dron hücumu olub. Belə ki, Xarkovun Slobidski və Osnovyanski rayonlarına edilmiş kütləvi hücum nəticəsində yaralananların sayı 54-ə çatıb. Vəziyyət barədə ən son məlumatı Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti (FHDX) təqdim edib. Məlumata görə, yaralılar arasında səkkiz uşaq var, iki nəfər ölüb.
Şəhərin meri İqor Terexov bildirib ki, ümumilikdə hücumda 17 “Şahid” tipli kamikadze pilotsuz uçuş aparatı istifadə edilib, onun sözlərinə görə, zərbələr çoxmərtəbəli və fərdi yaşayış evlərinə, uşaq meydançalarına, ictimai nəqliyyata və sənaye obyektlərinə dəyib.

Mətləb Salahov

Seçilən
81
2
baki-xeber.com

8Mənbələr