AZ

Tramp çıxılmaz VƏZİYYƏTDƏ: “Los-Ancelesdəki etirazları kimsə maliyyələşdirilir”

ABŞ prezidenti Donald Tramp bildirib ki, Los-Ancelesdə baş verən iğtişaşlar təşkil olunmuş şəkildə həyata keçirilir və bu prosesin arxasında peşəkar qüvvələr dayanır.

Bizim.Media xəbər verir ki, Tramp bu barədə Şimali Karolinada, Fort-Breq hərbi bazasında hərbçilər və veteranlar qarşısında çıxış edərkən danışıb.
 

O vurğulayıb ki, Ədliyyə Nazirliyi bu işin arxasında kimin dayandığını müəyyən edəcək.


“Kaliforniyada gördüyünüz hadisələr – sülhə, ictimai asayişə və milli suverenliyimizə qarşı genişmiqyaslı hücumdur. Bu, xarici bayraqlar daşıyan üsyançılar tərəfindən ölkəmizə qarşı davam edən xarici müdaxilənin bir hissəsidir. Biz buna imkan verməyəcəyik... Bu adamlar peşəkardır, həvəskar deyillər... Kimsə bu işləri maliyyələşdirir. Biz bu məsələni öyrənəcəyik, kimdir bu... Bütün bu avadanlığı kim maliyyələşdirir? Çox peşəkar səviyyədə təşkil olunub”, – deyə o, əlavə edib.

Onun çıxışı Ağ Ev tərəfindən canlı yayımlanıb.

Qeyd edək ki, iğtişaşlar iyunun 7-də ABŞ-ın İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) Los-Ancelesin mərkəzində keçirdiyi reyd – qanunsuz miqrantların aşkarlanması əməliyyatından sonra başlayıb.

Etirazlar eyni zamanda federal maliyyələşmənin azaldılacağı ilə bağlı xəbərlər fonunda daha da alovlanıb. Ertəsi gün Ağ Ev şəhərə Milli Qvardiya qüvvələrinin yeridildiyini elan edib.

Bizim.Media

Seçilən
70
46
bizim.media

10Mənbələr