AZ

KİV: Tramp Maskın üzrxahlığından əvvəl onunla telefonla danışıb

Amerikalı milyarder, “Tesla”nın rəhbəri İlon Mask ABŞ Prezidenti Donald Trampa qarşı ünvanlanan tənqidi paylaşımlara görə üzr istəməzdən əvvəl onlar arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Mask ABŞ-nin vitse-prezidenti Cey Di Vens və Ağ Evin aparat rəhbəri Syuzan Uayls ilə təkbətək söhbətindən sonra Trampa zəng edib və narazılığın həllinin mümkün yollarını müzakirə edib.

Qəzet yazır ki, Tramp və Maskın nümayəndələri şərh verməyiblər.

Bundan əvvəl isə Tramp Maskla münasibətləri yoluna qoya biləcəyini istisna etməyib. İlon Mask da “X” sosial şəbəkəsində ABŞ Prezidentinə ünvanladığı bəzi sözlərə görə təəssüf etdiyini bildirib.

Seçilən
53
46
report.az

10Mənbələr