AZ

NYT: Tramp miqrantların saxlanılmasını dayandırmağı əmr edib

ABŞ Prezidenti Donald Trampın administrasiyası aqrar sektorda, həmçinin mehmanxana və restoran biznesində çalışan qanunsuz miqrantların saxlanılmasını dayandırmağı əmr edib.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) regional bölmələrinin rəhbərləri müvafiq göstərişi cümə axşamı alıblar.

“Bu gündən etibarən, xahiş olunur, kənd təsərrüfatı, restoran və mehmanxanalardakı iş yerlərinə təsir edən bütün təhqiqatları və əməliyyatları dayandırın”, – qəzet sərəncamın mətnindən sitat gətirib. ICE əməkdaşları “insan alveri, çirkli pulların yuyulması və narkotik qaçaqmalçılığı” ilə bağlı təhqiqatları davam etdirə bilərlər, lakin onlar ABŞ ərazisində qanunsuz olmaqdan başqa heç bir cinayət törətməyən qanunsuz miqrantları saxlamamalıdırlar.

Nəşrə görə, Tramp administrasiyasının bu addımı qanunsuz miqrantların kütləvi deportasiyası kampaniyasının Amerika biznesinə və aqrar sənayesinə zərər verdiyini göstərir. Keçmiş ABŞ rəsmisinin qəzetə bildirdiyinə görə, Trampa ilk prezidentlik müddətində bəzi respublikaçıların sərt miqrasiya siyasətinin Amerika kənd təsərrüfatı sənayesinə zərər verə biləcəyi ilə bağlı narahatlıqları barədə mütəmadi olaraq məlumat verilib.

Seçilən
46
2
report.az

10Mənbələr