BAKI, 26 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın prioritet məqsədlərindən biri “İbrahim Sazişləri” (ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılması haqqında sazişlərinin) genişləndirilməsidir.
Teleqraf xəbər verir ki, bu barədəABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff CNBC telekanalına müsahibəsində bildirib.
"Prezidentin əsas məqsədlərindən biri “İbrahim Sazişləri”ni daha geniş miqyasda yaymaq, daha çox ölkəni bu təşəbbüsə cəlb etməkdir. Düşünürəm ki, yaxın vaxtlarda bir neçə ölkənin qoşulması ilə bağlı mühüm açıqlamalar veriləcək", – o qeyd edib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar hazırda bəzi ölkələrlə münasibətlərin normallaşdırılması istiqamətində iş aparır: “Bunlar elə ölkələrdir ki, insanlar onların bu prosesdə iştirak edəcəyini ehtimal belə etməzdi”.
Onun sözlərinə görə, bu səylər Yaxın Şərqdə sabitliyin təmin olunmasına mühüm töhfə verə bilər.