AZ

Bakıda itkin düşən 14 yaşlı qız tapıldı - Yenilənib

Bakıda yeniyetmə qız itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsində yaşayan 2011-ci il təvəllüdlü L.Abasova iyunun 6-da yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və geri qayıtmayıb.

Faktla bağlı Yasamal RPİ-nin 26-cı Polis Bölməsində araşdırma aparılır.

***

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, itkin düşmə kimi axtarışa elan edilmiş 14 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Seçilən
50
1
qafqazinfo.az

10Mənbələr