"Bakının Yasamal rayonu Ə.Ələkbərov küçəsi 28-ci məhəllədə itkin düşən yeniyetmə tapılıb"...
Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov deyib.
"İtkin düşmə kimi axtarışa elan edilmiş 14 yaşlı qız polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib", - deyə E.İbrahimov qeyd edib.
***
Bakıda 14 yaşlı qız itkin düşüb.
Oxu.Az-ın məlumatına görə, hadisə Yasamal rayonu Ə.Ələkbərov küçəsi 28-ci məhəllədə baş verib.
2011-ci il təvəllüdlü Lətifə Orxan qızı Abasova iyunun 6-da yaşadığı ünvandan çıxıb və geri qayıtmayıb.
Məlumata görə, L.Abasova orta məktəbin 8-ci sinif şagirdi olub.
Faktla bağlı Yasamal Rayon Polis İdarənin 26-cı Polis Bölməsində araşdırma aparılır.
Poliqon.info