AZ

Barselona nı tərk etmək istəmir

Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Barselona"nın futbolçusu Mark-Andre ter Ştegen klubu tərk etmək istəmir. 

QOL.az xəbər verir ki, bu barədə "Cope" nəşri məlumat yayıb. 

Kataloniya təmsilçisi 33 yaşlı qapıçıya növbəti mövsümün maaşını verməyə hazır olsa da, o, komandada qalmaq fikrindədir. Almaniyalı oyunçu həmçinin digər klublarla danışıqlar aparmaqdan imtina edib.

Qeyd edək ki, daha öncə mətbuatda "Barselona"nın Mark-Andre ter Ştegenə yeni komanda tapmağı bildirməsi ilə bağlı xəbərlər yayılmışdı. Buna səbəb həm qapıçıya olan güvənin azalması, həm də həmin mövqeyə "Espanyol"un oyunçusu Joan Qarsiyanı transfer etməsi olub. 

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Ter Ştegenin klubu ilə olan hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
18
qol.az

10Mənbələr