Azərbaycan milli komandasının üzvü Mahir Emreli azarkeşlərə müraciət edib.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı hücumçu sosial şəbəkə hesabında paylaşım edərək, bildirib:
"Bəzən meydanda sükut olur, amma ürəkdə fırtına. Bilirik, sizi sevindirə bilmirik. Hər oyundan sonra o baxışlar, o gözləntilər bizə çatır. Biz də susuruq… çünki nəticə danışmır. Amma bu formanı geyinən hər kəs bilir, bu, sadəcə futbol deyil. Bu, millət qarşısında bir məsuliyyətdir. Bu gün alınmırsa, sabah alınacaq. Bu meydanda qalxana qədər susmayacağıq. Siz yanımızda olduqca, biz bu yoldan dönməyəcəyik".
Qeyd edək ki, Azərbaycan yığması yoldaşlıq oyunu çərçivəsində Latviya ilə heç-heçə edib (0:0), Macarıstana uduzub (1:2).