AZ

Mahir Emrelidən paylaşım: Hər oyundan sonra o baxışlar, o gözləntilər bizə çatır FOTO

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan yığmasının hücumçusu Mahir Emreli Macarıstanla yoldaşlıq oyunundan sonra sosial şəbəkə hesabında paylaşım edib.

İdman.biz xəbər verir ki, 28 yaşlı futbolçu uğursuz nəticələrə diqqət çəkib.

Mahirin paylaşımında deyilib: "Bəzən meydanda sükut olur… amma ürəkdə fırtına. Bilirik, sizi sevindirə bilmirik. Hər oyundan sonra o baxışlar, o gözləntilər bizə çatır. Biz də susuruq… çünki nəticə danışmır. Amma bu formanı geyinən hər kəs bilir, bu, sadəcə, futbol deyil. Bu, millət qarşısında bir məsuliyyətdir. Bu gün alınmırsa, sabah alınacaq. Bu meydanda qalxana qədər susmayacağıq. Siz yanımızda olduqca, biz bu yoldan dönməyəcəyik.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Qeyd edək ki, Azərbaycan millisi 10 oyundur rəsmi və yoldaşlıq görüşlərində qələbəyə həsrət qalıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
5
icma.az

10Mənbələr