Qol.az saytına istinadən ain.az xəbər verir.
"Qarabağ" futbolçusu Yassin Benzia ilə yolları ayırdığını rəsmən açıqlayıb.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.
Həmçinin oxuyun: "Qarabağ"da yayın ilk ayrılığı gerçəkləşdi
Ağdam klubu Yassin Benziyaya göstərdiyi xidmətlərə görə təşəkkür edib.
Qeyd edək ki, Benzia 2023-c ilin yanvarından "Qarabağ"da oynayırdı. o, bu komandada 104 oyun keçirib, 28 qol vurub, 25 qolun isə ötürməsini edib. "Qarabağ"dakı çıxışlarından sonra Benzia yenidən Əlcəzair millisinı dəvət almışdı.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
***
"Qarabağ" həmçinin Patrik Andrade ilə də yollarını ayırdığı açıqlayıb. Onun da klubla müqaviləsi iyunun 30-na qədər idi.
2020-2022-ci illərdə "Qarabağ"da çıxış edən Andrade 2023-cü ilin yayında yenidən Ağdam klubuna qayıtmışdı.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.