"Qarabağ" futbolçusu Yassin Benzia ilə yolları ayırdığını rəsmən açıqlayıb.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.
Həmçinin oxuyun: "Qarabağ"da yayın ilk ayrılığı gerçəkləşdi
Ağdam klubu Yassin Benziyaya göstərdiyi xidmətlərə görə təşəkkür edib.
Qeyd edək ki, Benzia 2023-c ilin yanvarından "Qarabağ"da oynayırdı. o, bu komandada 104 oyun keçirib, 28 qol vurub, 25 qolun isə ötürməsini edib. "Qarabağ"dakı çıxışlarından sonra Benzia yenidən Əlcəzair millisinı dəvət almışdı.
***
"Qarabağ" həmçinin Patrik Andrade ilə də yollarını ayırdığı açıqlayıb. Onun da klubla müqaviləsi iyunun 30-na qədər idi.
2020-2022-ci illərdə "Qarabağ"da çıxış edən 32 yaşlı futbolçu 2023-cü ilin yayında yenidən Ağdam klubuna qayıtmışdı. Kabo-Verdeli yarımümdafiəçi başa çatan mövsümdə "Qarabağ"da 39 oyuna 3 qol vurub, 2 qol ötürməsi edib.
***
Marko Veşoviçlə də başa çatan müqavilə yeniilənməiyb. Klub monteneqrolu müdafiəçiyə də xidmətlərinə görə təşəkkür edib. 33 yaşlı futbolçu 2021-ci ilin iyun ayından "Qarabağ"da oynayırdı. O, son mövsümdə "Qarabağ"da 31 oyuna çıxıb və 3 qol ötürməsi eidb.