AZ

Zelenski: Rusiya Odessanı tutmaqla Moldova və Rumıniya ilə sərhədə çatmaq istəyir

Rusiya Ukraynadan Odessanı almaqla, Rumıniya və Moldova ilə sərhədə çatmağı planlaşdırır....

“Report” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Odessada keçirilən “Ukrayna - Cənub-Şərqi Avropa” sammiti zamanı deyib.

Ukrayna dövlət başçısı vurğulayıb ki, Odessa Rusiya üçün hədəfdir.

"Rusiya işğal etdiyi ərazilərdəki saysız-hesabsız şəhər və kəndlərdə olduğu kimi, onu da məhv etmək istəyir. Onun hərbi planları bu bölgəni - Odessanı, daha sonra isə Moldova və Rumıniya ilə sərhədi göstərir", - Zelenski əlavə edib.

Bundan əvvəl Prezident Ofisi rəhbərinin müavini Pavlo Palisa vurğulayıb ki, Rusiya Ukraynanı Qara dənizdən ayırmaq üçün Odessa və Nikolayevi ələ keçirmək istəyir.

Poliqon.info 

Seçilən
31
50
poliqon.info

10Mənbələr