AZ

Rusiya Odessanı tutmaqla Moldova və Rumıniya ilə sərhədə çatmaq istəyir – Zelenski

Rusiya Ukraynadan Odessanı almaqla, Rumıniya və Moldova ilə sərhədə çatmağı planlaşdırır.

Tribunainfo.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Odessada keçirilən “Ukrayna – Cənub-Şərqi Avropa” sammiti zamanı deyib.Ukrayna dövlət başçısı vurğulayıb ki, Odessa Rusiya üçün hədəfdir.

“Rusiya işğal etdiyi ərazilərdəki saysız-hesabsız şəhər və kəndlərdə olduğu kimi, onu da məhv etmək istəyir. Onun hərbi planları bu bölgəni – Odessanı, daha sonra isə Moldova və Rumıniya ilə sərhədi göstərir”, – Zelenski əlavə edib.

Bundan əvvəl Prezident Ofisi rəhbərinin müavini Pavlo Palisa vurğulayıb ki, Rusiya Ukraynanı Qara dənizdən kəsmək üçün Odessa və Nikolayevi ələ keçirmək istəyir.

Seçilən
67
50
tribunainfo.az

10Mənbələr