Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva iyunun 11-də Davamlı inkişaf üçün okeanları, dənizləri və dəniz ehtiyatlarını qorumaq və davamlı şəkildə istifadə etmək üçün BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri-14 (DİM) çərçivəsində Üçüncü BMT Okean Konfransında çıxışı zamanı deyib.
Leyla Abdullayeva Xəzər dənizində Azərbaycanın həyata keçirdiyi dəniz mühafizəsi tədbirlərinə diqqət çəkib. Həmçinin, səfir Bakıda keçirilən COP29-da olduğu kimi, dünya ölkələrinin ortaq çağırışlara birlikdə cavab verməsinin vacibliyini vurğulayıb.
“Ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Bakı COP29-a ev sahibliyi etdi. Bu tədbir göstərdi ki, qlobal bölünmələrə baxmayaraq, siyasi iradə və əməkdaşlıq sayəsində böyük nəticələr mümkündür. Biz iqlim maliyyələşdirilməsi üçün Bakı Maliyyə Məqsədini qəbul etdik, Paris Sazişinin 6-cı maddəsinin tətbiqinə başladıq, Zərər və Ziyan Fondu yaratdıq.
Bu ruhu bu gün burada – Nitsada da yaşatmalıyıq. Okeanlar planetimizin mavi ağciyərləridir və onların qorunması yalnız ekoloji deyil, həm də iqtisadi və humanitar məsələdir.
10Mənbələr
-
xezerxeber.azLeyla Abdullayeva: Azərbaycan dəniz ekosistemlərinin qorunması istiqamətində mühüm addımlar atır ( 18137914)
-
azvision.azAzərbaycan səfiri BMT konfransında Xəzərdəki tədbirlərdən danışıb ( 18136189)
-
operativmedia.azAzərbaycan səfiri BMT Okean Konfransında Xəzər dənizindəki mühafizə tədbirlərindən danışıb ( 18134125)
-
az.trend.azLeyla Abdullayeva: Azərbaycan dəniz ekosistemlərinin qorunması istiqamətində mühüm addımlar atır ( 18132781)
-
metbuat.azAzərbaycan səfiri BMT-nin tədbirlərində çıxış etdi ( 18132700)
-
metbuat.azAzərbaycan səfiri BMT-nin tədbirində çıxış etdi ( 18133366)
-
poliqon.infoAzərbaycan səfiri BMT Okean Konfransında Xəzər dənizindəki mühafizə tədbirlərindən danışıb ( 18132235)
-
hafta.azLeyla Abdullayeva: Azərbaycan dəniz ekosistemlərinin qorunması istiqamətində mühüm addımlar atır ( 18132163)
-
teleqraf.comLeyla Abdullayeva BMT Okean Konfransında Xəzər dənizindəki mühafizə tədbirlərindən danışıb ( 18132058)
-
demokrat.azAzərbaycan dəniz ekosistemlərinin qorunması istiqamətində mühüm addımlar atır — Leyla Abdullayeva ( 18131947)