AZ

Leyla Abdullayeva: Azərbaycan dəniz ekosistemlərinin qorunması istiqamətində mühüm addımlar atır

Bakı. Trend:

Azərbaycan Xəzər sahilində yerləşən dövlət kimi, dənizekosistemlərinin qorunması istiqamətində mühüm addımlar atır. Xəzərdənizində ilk dəniz qorunan zonası və ümid nöqtəsinin elanolunması, nərə balığı ovuna qoyulan 10 illik qadağa və milyonlarlabalıq körpəsinin təbiətə buraxılması bu sahədə atılan realaddımlardandır.

Trend xəbər verirki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevaiyunun 11-də Davamlı inkişaf üçün okeanları, dənizləri və dənizehtiyatlarını qorumaq və davamlı şəkildə istifadə etmək üçünBMT-nin Dayanıqlı İnkişaf Məqsədləri-14 (DİM) çərçivəsində ÜçüncüBMT Okean Konfransında çıxışı zamanı deyib.

Leyla Abdullayeva Xəzər dənizində Azərbaycanın həyata keçirdiyidəniz mühafizəsi tədbirlərinə diqqət çəkib. Həmçinin, səfir Bakıdakeçirilən COP29-da olduğu kimi, dünya ölkələrinin ortaq çağırışlarabirlikdə cavab verməsinin vacibliyini vurğulayıb.

“Ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinrəhbərliyi ilə Bakı COP29-a ev sahibliyi etdi. Bu tədbir göstərdiki, qlobal bölünmələrə baxmayaraq, siyasi iradə və əməkdaşlıqsayəsində böyük nəticələr mümkündür. Biz iqlim maliyyələşdirilməsiüçün Bakı Maliyyə Məqsədini qəbul etdik, Paris Sazişinin 6-cımaddəsinin tətbiqinə başladıq, Zərər və Ziyan Fondu yaratdıq.

Bu ruhu bu gün burada – Nitsada da yaşatmalıyıq. Okeanlarplanetimizin mavi ağciyərləridir və onların qorunması yalnızekoloji deyil, həm də iqtisadi və humanitar məsələdir.

Azərbaycan olaraq inanırıq ki, birgə səylərlə 2030-cu ilə qədərokeanların ən azı 30 faizini mühafizə altına ala bilərik. Bu, bizimüzərimizə düşən ortaq məsuliyyətdir”, - deyə Leyla Abdullayevavurğulayıb.

Seçilən
18
5
az.trend.az

10Mənbələr