AZ

Astarada nəzarətsiz qalan 2 yaşlı uşaq su hovuzuna düşüb - YENİLƏNİB

Astarada su hovuzuna düşən azyaşlının vəziyyəti ağır qiymətləndirilir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev bildirib. Onun sözlərinə görə 11.06.2025 ci il tarixində saat 21:20 radələrində Astara rayonu Təngərüd kəndində 1 nəfər azyaşlı (kişi cinsli) boğulma diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Zərərçəkənə zəruri ilkin tibbi xidmətlər göstərilib. Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

***

22:43

Astarada bədbəxt hadisə baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə Astara rayonunun Təngərüd kənd sakini 2023-cü il təvəllüdlü T.Ə ətrafdakıların diqqətindən yayınaraq həyətdəki su hovuzuna düşüb.

Yaxınları azyaşlını, hovuzda huşsuz vəziyyətdə tapıblar və o, dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Vəziyyəti ağır qiymətləndirilən uşaq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Seçilən
49
2
apa.az

10Mənbələr