AZ

Astarada bədbəxt HADİSƏ - Azyaşlı hovuza düşdü

Astarada bədbəxt hadisə baş verib.


Manset.az Lent.az-a istinadla xəbər verir ki, Astara rayonunun Təngərüd kənd sakini 2023-cü il təvəllüdlü T.Ə ətrafdakıların diqqətindən yayınaraq həyətdəki su hovuzuna düşüb.

Yaxınları azyaşlını, hovuzda huşsuz vəziyyətdə tapıblar və o, dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Vəziyyəti ağır qiymətləndirilən uşaq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Seçilən
59
17
manset.az

10Mənbələr