ABŞ Prezidenti Donald Tramp Yeddilik Qrupu (G7) sammiti çərçivəsində bir sıra dünya liderləri ilə ikitərəfli görüşlər keçirəcək.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt bildirib.
Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva və Meksikanın yeni seçilmiş prezidenti Klaudiya Şeinbaumla görüş baş tuta bilər. Hələlik görüşlərin dəqiq təqvimi üzərində iş aparılır və bu barədə əlavə məlumat yaxın vaxtlarda veriləcək.