ABŞ-ın müdafiə naziri Pit Heqset Senatda hərbi büdcənin müzakirəsi zamanı verdiyi ifadə zamanı birbaşa Rusiyanı Ukrayna müharibəsində təcavüzkar adlandırıb. Onun bu çıxışının videosunu çərşənbə günü, iyunun 11-də ABC yayımlayıb. Senator Mitç Makkonnell Pentaqon rəhbərindən kimin təcavüzkar olduğunu və Ukrayna müharibəsində kimin qurbanı olduğunu soruşub. "Təcavüzkar Rusiyadır" - deyə Heqset tərəddüd etmədən cavab verib və bundan sonra Makkonel nazirin hansı tərəfin qələbə qazanmasınıistədiyini soruşub. "Dəfələrlə dediyimiz kimi, prezident (Donald Tramp) bu münaqişədə sülhə sadiqdir. Nəticə etibarı ilə sülh bizim milli maraqlarımıza xidmət edir və inanırıq ki, bu, hər iki tərəfin maraqlarına xidmət edir, hətta bu zalda və ölkəmizdəki bir çox insanlar üçün bu nəticə üstünlük təşkil etməsə belə", - deyə Heqset cavab verib.
İyunun əvvəlində üç illik müharibədən sonra ilk dəfə olaraq Pentaqonun rəhbəri Heqsetin sələfi Lloyd Ostinin təşəbbüsü ilə yaradılmış Ukrayna üzrə Təmas Qrupunun iclasında iştirak etməyib. Nazirin mətbuat xidməti bunu onun səfər cədvəli ilə izah edib.
Surxay Əliyev.