AZ

Pentaqon rəhbəri Rusiyanı “aqressor” adlandırdı – ABŞ hansı tərəfi dəstəkləyir?

Pentaqon

ABŞ Müdafiə naziri Pit Hegset Senatda keçirilən dinləmələr zamanı respublikaçı senator Miç Makkonnellin sualına cavab olaraq Rusiyanı aqressor adlandırdı. Lakin o, Vaşinqtonun konkret olaraq hansı tərəfin qalib gəlməsini istədiyini açıq şəkildə deməkdən yayındı. “Dəfələrlə qeyd etdiyimiz kimi, bu prezident bu münaqişədə sülhə sadiqdir. Nəticədə sülh bizim milli maraqlarımıza uyğundur və biz düşünürük ki, bu, hər iki tərəfin maraqlarına xidmət edir – baxmayaraq ki, belə nəticə bu zalda və ölkədə bir çoxları üçün arzuolunan olmayacaq”, – deyə Hegset vurğulayıb. ABŞ-ın dəqiq mövqeyi hələ də tam bəlli deyil, lakin “sülh” çağırışları fonunda Pentaqon rəhbərinin Rusiyanı açıq şəkildə aqressor adlandırması siyasi dairələrdə rezonans doğurub.Ulusum.az

Diqqət Çəkənlər

Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib - VİDEO

Hindistanda DƏHŞƏT: Təyyarə yaşayış məhəlləsinə düşdü – 240-dan çox sərnişin var idi - VİDEO

Suriyada qadınlara bikini qadağası narazılıq doğurdu

Seçilən
52
ulusum.az

1Mənbələr