AZ

Pentaqon rəhbəri Rusiyanı təcavüzkar ölkə adlandırdı - VİDEO

ABŞ Müdafiə naziri Pit Hegset Senatda keçirilən dinləmələr zamanı Rusiyanı təcavüzkar ölkə adlandırıb.

Bizim.Media xəbər verir ki, o, bu fikri respublikaçı senator Mitç Makkonnellin sualına cavab verərkən səsləndirib. Bununla belə, Vaşinqtonun konkret olaraq hansı tərəfin qalib gəlməsini istədiyi barədə açıq danışmayıb.
 

“Biz dəfələrlə bildirmişik ki, bu Prezident (Donald Tramp) bu münaqişədə sülhə sadiqdir. Çünki sülh bizim milli maraqlarımıza xidmət edir. Biz inanırıq ki, bu, həm də hər iki tərəfin maraqlarına uyğundur. Baxmayaraq ki, bu nəticə nə bu zalda, nə də ölkə daxilində bir çoxları üçün arzuolunan olmaya bilər”, – deyə Hegset əlavə edib.


Onun çıxışı ABŞ-ın rəsmi mövqeyinin hələ də diplomatik balans və münaqişənin siyasi yolla həlli üzərində qurulduğunu göstərir. ABŞ Rusiya-Ukrayna müharibəsində Ukraynaya dəstəyini davam etdirir, lakin Pentaqon rəhbəri birbaşa hərbi qələbə deyil, sülhü prioritet olaraq təqdim edir.


Bizim.Media

Seçilən
67
50
bizim.media

10Mənbələr