AZ

Ədalət Muradov: "UNEC elmi məqalələrin artım tempinə görə dünyada birinci yerdədir"

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Web of Science” və “Scopus” kimi nüfuzlu elmi platformalarda məqalələrin say artım tempinə görə dünya üzrə birinci yeri tutur.

Bunu UNEC-in rektoru Ədalət Muradov İqtisadiyyat və İdarəetmə sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında bildirib.

Onun sözlərinə görə, builki konfransda 24 ölkədən 57 xarici tədqiqatçı iştirak edir:

“Təqdim olunan elmi məqalələrdən 224-ü seçilərək toplanmış və həmin məqalələr əsasında hazırlanmış kitab konfrans çərçivəsində təqdim olunub. UNEC qarşısına qoyduğu strateji hədəflərə doğru ardıcıl və inamlı şəkildə irəliləyir”.

Ə.Muradov əlavə edib ki, təkcə 2024-cü ildə UNEC əməkdaşlarının “Web of Science” platformasında 662 elmi məqaləsi dərc olunub və bu nəşrlərə 3 932 istinad edilib.

Seçilən
54
1
aznews.az

10Mənbələr