AZ

Azərbaycanın qeyri-neft məhsulları ixracı 11%-dən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft sektoruüzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11.6% artaraq1,4 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Trendİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM)“İxrac icmalı”nın iyun sayının ilkin rəqəmlərinə istinadən xəbərverir.

2025-ci ilin yanvar-may aylarında yeyinti məhsulları üzrə ixrac14,4% artaraq 417.7 milyon ABŞ dollarına bərabər olub.

2025-ci ilin yanvar-may aylarında ixrac olunan kimya sənayesiməhsulları ötən ilin müvafiq dövrünə nəzərən 46,8 milyon ABŞdolları və ya 45,9%, şəkər 3 milyon ABŞ dolları və ya 30,1%, pambıqiplik 1,3 milyon ABŞ dolları və ya 14,5%, meyvə-tərəvəz 48 milyonABŞ dolları və ya 19,1%, qara metallar və onlardan hazırlananməmulatlar 3,8 milyon ABŞ dolları və ya 11,3% artıb.

Qeyd olunan dövrdə ixrac olunan aqrar məhsullar 17.2% artaraq331,2 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 5,9% artaraq115.6 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar vəaqrar-sənaye məhsullarının birgə ixracı 14% artaraq 446,7 milyonABŞ dolları təşkil edib.

Seçilən
60
21
az.trend.az

10Mənbələr