AZ

Deputat: "Təkcə Bakıda 500 mindən artıq sənədsiz ev var"

"Təkcə Bakıda 500 mindən artıq sənədsiz ev var".
 
Moderator.az xəbər verir ki, bunu deputat Arzuxan Əlizadə Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan dörd məcəllə və üç qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
 
O qeyd edib ki, regionlarda bu say daha da çoxdur:
 
“Sənədsiz evlərin sığortalanması da mümkün olmur. Misal olaraq, payız-qış mövsümündə güclü yağışlar səbəbindən Sabunçuda çox sayda evlər subasmaya məruz qaldı. Yaşayış sahələrinə ciddi ziyan dəydi. Həmin ərazidə 30-dan artıq zərərçəkənlərlə görüşdük, amma heç bir dəstək göstərə bilmədik. Çünki evlərinin sənədləri yox idi”.
 
Deputat əlavə edib ki, həmin ərazilərdə olan evlərə eyni zamanda neftli suların dolması da vəziyyəti daha da acınacaqlı edib:
 
“Həmin evlərin böyük əksəriyyəti Balaxanı neftin buruqlardan çıxan qurunt sularının axdığı kanalların üzərində tikilib. Həmin kanalların təmizlənməsinə ehtiyac var. Səndədsiz evlərlə bağlı evlərin problemi öz həllini tapmalıdır”.
Seçilən
41
19
moderator.az

10Mənbələr