AZ

"Sənədsiz evlərlə bağlı problem öz həllini tapmalıdır” - Deputatdan ÇAĞIRIŞ

"Bakıda sənədsiz evlərin sayı 500 mindən çoxdur. Regionlarda bu say daha da çoxdur".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Arzuxan Əlizadə komitənin bu gün keçirilən iclasında deyib.

“Sənədsiz evlərin sığortalanması da mümkün olmur. Misal olaraq, payız-qış mövsümündə güclü yağışlar səbəbindən Sabunçuda çox sayda evlər subasmaya məruz qaldı. Yaşayış sahələrinə ciddi ziyan dəydi. Həmin ərazidə 30-dan artıq zərərçəkənlərlə görüşdük, amma heç bir dəstək göstərə bilmədik. Çünki evlərinin sənədləri yox idi. Həmin ərazilərdə olan evlərə eyni zamanda neftli suların dolması da vəziyyəti daha da acınacaqlı edib. Həmin evlərin böyük əksəriyyəti Balaxanı neftin buruqlardan çıxan qurunt sularının axdığı kanalların üzərində tikilib. Həmin kanalların təmizlənməsinə ehtiyac var. Sənədsiz evlərlə bağlı problem öz həllini tapmalıdır”, - deyə deputat bildirib.

Seçilən
39
19
redaktor.az

10Mənbələr