AZ

ABŞ Senatında ehtiraslar coşub

“Politico” nəşrinə istinadən xəbər verir ki, əvvəllər Heqsetin təyinatının əleyhinə səs vermiş respublikaçıdan biri olan senator Mitç Makkonnell xüsusilə sərt çıxış edib. Müdafiə büdcəsinə dair dinləmələrdə o, Ağ Evin xarici siyasətini açıq şəkildə şübhə altına alıb.

“Amerikanın reputasiyası təhlükə altındadır. Biz müttəfiqlərimizin demokratiyalarını avtoritar zorakılıqlardan müdafiə etməyə hazırıqmı?”,-Makkonnell ritorik sual səsləndirib.

Senator Ukraynanın məğlubiyyətinin Amerika diplomatiyasına zərbə olacağı ilə bağlı AzVision.az xəbərdarlıq edib: “Biz bir gün oyanıb manşetlərdə“Rusiya qalib gəldi, Amerika uduzdu”ifadəsini görmək istəmirik".

“Politico” nəşrinin yazdığına görə, Makkonnell-Heqset toqquşması Respublikaçılar Partiyası daxilində dərinləşən xarici siyasət ixtilafının bariz nümayişidir.

Belə ki, senator ABŞ-nin qlobal liderliyini müdafiə edən respublikaçıların ənənəvi“reyqançılar”qanadını, Heqset isə milli maraqların prioritetliyini və“Amerika əfzəldir”şüarını dəstəkləyən“trampçılar” xəttini təmsil edir.

Dinləmələrdə zamanı Heqset 2014 və 2022-ci illərdə baş vermiş hadisələri xatırladaraq, Barak Obama və Co Bayden administrasiyalarını Rusiyaya qarşı səmərəsiz siyasətdə günahlandırıb.

Daha əvvəl isə, Nümayəndələr Palatasında çıxış edən Heqset Ukrayna üçün Amerika silahlarının alınmasını nəzərdə tutan Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) proqramı çərçivəsində xərclərin azaldılmasını açıqlayıb.

- Biz hesab edirik ki, xüsusən də bir çox qlobal çağırışlar nəzərə alınmaqla, danışıqlar nəticəsində sülh yolu ilə nizamlanma Ukrayna, Rusiya və ABŞ-nin maraqlarına uyğundur”,- Pentaqonun rəhbəri vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
16
1
azvision.az

2Mənbələr