AZ

ABŞ-da senator nazirin mətbuat konfransından kənarlaşdırılıb

Kaliforniyadan olan demokrat senator Aleks Padilla ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noemin mətbuat konfransının keçirildiyi otaqdan çıxarılıb...

Poliqon xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Nəşr qeyd edir ki, mətbuat konfransı Los-Ancelesdə keçirilib. Vurğulanır ki, Padilla "nazirə suallarım var" dedikdən sonra senator Noemlə görüşün keçirildiyi otaqdan sıxışdırılıb.

Padilla da üzərində FTB loqosu olan jiletlərdə olan zabitlər tərəfindən saxlanılıb. Daha sonra senator sərbəst buraxılıb. Demokrat siyasətçilər hadisəni pisləyib və araşdırmaya çağırıblar.

Poliqon.info

Seçilən
51
poliqon.info

1Mənbələr