AZ

III MDB Oyunlarında 246 medal dəsti uğrunda mübarizə aparılacaq

III MDB Oyunlarında 23 idman disiplini üzrə 246 medal dəsti uğrunda mübarizə aparılacaq.

Bu barədə Tribunainfo.az -a Bakı Şəhər Halqasından məlumat verilib.

Ən çox medal dəsti üzgüçülük üzrə-40 dəst olacaq. Komanda idman növlərində – futbol, voleybol, 3×3 basketbol və çövkən üzrə də qaliblər və ən dəyərli oyunçular (MVP) müəyyən olunacaq.

Yarışlar 12 idman məkanında keçiriləcək.

III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq.

Ümumilikdə, Oyunlarda MDB-yə üzv və dəvət olunmuş ölkələrin idmançı və rəsmi nümayəndələrin iştirakı gözlənilir.

Seçilən
28
21
tribunainfo.az

10Mənbələr