Azərbaycanda keçiriləcək 2-cü MDB Oyunlarında 23 idman növü üzrə 246 medal dəsti uğrunda mübarizə gedəcək.
"Football-plus.az" xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası məlumat yayıb.
Ən çox medal dəsti (40) üzgüçülük üzrə olacaq. Komanda idman növlərində – futbol, voleybol, 3x3 basketbol və çövkən üzrə də qaliblər və ən dəyərli oyunçular (MVP) müəyyənləşəcək.
Yarışlar 12 idman məkanında keçiriləcək.
Qeyd edək ki, 3-cü MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq.
Ümumilikdə oyunlarda MDB-yə üzv və dəvət edilmiş ölkələrin idmançı və rəsmi nümayəndələrin iştirakı gözlənilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta