Misli premyer-liqasının 2024/25 mövsümünün oyunlarını 275 min 933 tamaşaçı izləyib.
"Football-plus.az" xəbər verir ki, keçirilən 180 matçda orta tamaşaçı sayı 1533-ə bərabər olub. Ev oyunlarındakı izləyici sayında “Turan Tovuz” hamını qabaqlayıb. Qərb təmsilçisi mövsüm ərzində 78500, orta hesabla hər oyunda 4361 seyrçi toplayıb. “Turan Tovuz” ikinci yerdən təxminən 2 dəfə önədir. Tamaşaçı sayında “Neftçi” ikinci, “Sumqayıt” üçüncü pillədə qərarlaşıb.
Mövsümün ən çox tamaşaçı toplayan qarşılaşmaları Azərbaycan derbiləridi. 23-cü turda “Neftçi” – “Qarabağ” oyununda 9355, 31-ci turda “Qarabağ” – “Neftçi” görüşündə 7200, 15-ci turun “Neftçi” – “Qarabağ” matçında 7069 seyrçi qeydə alınıb. “Sumqayıt” – “Qarabağ” (9-cu tur, 7000 tamaşaçı) və “Turan Tovuz” – “Qarabağ” (28-ci tur, 6500 tamaşaçı) oyunları da ilk “beşlik”də yer alıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta