Premyer Liqanın televiziyalarda reytinqinin aşağı düşməsi “Mançester Yunayted”ə təsir etməyib.
Publika.az xəbər verir ki, məlum olub ki, “Sky Sports”da Premyer Liqaya tamaşaçı marağı 10% azalıb və 2021/22 mövsümündəki səviyyələrə düşüb. “TNT Sports”da da tamaşaçıların sayı azalıb.
Buna səbəb isə çempionluq uğrunda mübarizədə və düşmə zonasında rəqabətin az olmasıdır.