2025-ci ilin yanvar-may aylarında Azərbaycanın yeyinti məhsulları üzrə ixracı 417,7 milyon ABŞ dolları təşkil edib.
Finss.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyun sayına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4% artım deməkdir.
Bu artım qida sənayesində rəqabət qabiliyyətinin artması və bazar genişlənməsi ilə izah olunur.
Fuad Mədətov
Finss.az